SON XƏBƏR

"Türkiyə ŞƏT-lə əlaqələrdə maraqlıdır, amma NATO öhdəliklərinin icrası prioritetdir" - Müdafiə naziri

Avqust 12
14:17 2024
Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrin genişlənməsində maraqlı olsa da, NATO qarşısındakı öhdəliklərin icrası prioritetdir.

APA-nın məlumatına görə, bunu "Reuters"ə mühasibəsində adı çəkilən ölkənin milli müdafiə naziri Yaşar Gülər deyib.

O bildirib ki, üzv dövlətlər Şimali Atlantika Alyansının daha hazırlıqlı, qətiyyətli və güclü bir qurum olması üçün səyləri birləşdirməlidir.

Nazir həmçinin, Türkiyə və Suriya ilə münasibətlərin normallaşmasına toxunarkən, hər iki ölkənin müdafiə nazirləri səviyyəsində görüşünü istisna etməyib.

Y. Gülərin sözlərinə əsasən, bunun üçün əlverişli şərait yaranmalıdır.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook