Türkiyə Silahlı Qüvvələri: "Zeytun budağı" əməliyyatında 7 türk əsgəri yaralanıb
Fevral 16
00:45
2018
Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsində keçirdiyi "Zeytun budağı" əməliyyatında 7 türk əsgəri yaralanıb.
"Report" bu ölkənin mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.
Məlumatda bildirilir ki, əsgərlər iki ayrı silahlı əməliyyatda xəsarət alıblar. Bildirilir ki, "Zeytun budağı" əməliyyatı nəticəsində məhv edilən terrorçuların sayı 1528-ə çatıb.
Xatırladaq ki, "Zeytun budağı" əməliyyatı bu il yanvarın 20-də başlayıb.