Türkiyə Təhlükəsizlik Şurası Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edəcək
İyul 25
10:07
2024
Bu gün Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.
Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasın əsas mövzularından biri Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması olacaq.
Həmçinin Yunanıstanla münasibətlər, Şərqi Avropada və Yaxın Şərqdə davam edən müharibələr, terrorla mübarizə barədə də fikir mübadiləsi aparılacaq.
Eyni zamanda Suriya ilə münasibətlərin normallaşması məsələsi də gündəlikdə olacaq.
Qeyd olunub ki, iclas çərçivəsində PKK, İŞİD kimi terror təşkilatlarına qarşı mübarizədəki son durum barədə dövlət başçısına məlumat veriləcək.