Türkiyə Təhlükəsizlik Şurasından yeni antiterror əməliyyatı açıqlaması
May 27
00:11
2022
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyilə ölkənin Təhlükəsizlik Şurasının iclası keçirilib. Üç saat davam edən toplantıdan sonra yayılan bəyanatda növbəti antiterror əməliyyatının anonsu verilib.
Sənəddə vurğulanıb ki, Türkiyənin Cənub sərhədlərində indiyədək keçirdiyi və bundan sonra keçirəcəyi antiterror əməliyyatları qonşu ölkələrin ərazi bütövlüyünü hədəf almır.