SON XƏBƏR

Türkiyə və ABŞ sanksiyalarla bağlı ilkin razılığa gəldi

Avqust 07
11:27 2018
Türkiyə və ABŞ Vaşinqtonun ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soyluya qarşı tətbiq etdiyi sanksiyalarla bağlı ilkin razılaşma əldə edib

Bununla bağlı "The Daily Sabah” nəşri Türkiyə diplomatik mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, tərəflər diplomatik əlaqələri inkişaf etdirməyə və mövcud problemlərin həllinə hazırdır. Türkiyədən olan nümayəndə heyəti yaxın iki həftə ərzində sanksiyalarla bağlı danışıqlar üçün ABŞ-a səfər edəcək.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, cavab tədbirləri çərçivəsində Türkiyə ABŞ ədliyyə və daxili işlər nazirlərinin aktivlərini donduracaq. Buna qədər ABŞ iki türkiyəli nazirə qarşı sanksiya tətbiq edib.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook