SON XƏBƏR

Türkiyə və Çin arasında diplomatik qalmaqal

Fevral 11
15:20 2019
Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin uyğurlar üçün "əsir düşərgələri” barədə dedikləri "iyrəncdir”. Virtualaz.org RİA "Novosti”yə istinadən xəbər verir ki. Çin XİN-in rəsmi nümayəndəsi Xua Çunyinin sözlərinə görə, ŞXR artıq Türkiyə tərəfinə təqdimat yollayıb.

"Biz Türkiyə XİN rəsmi nümayəndəsinin bəyanatına diqqət yetirdik. Bu, çox iyrəncdir. Biz bununla bağlı türkiyə tərəfinə artıq təqdimat yollamışıq”, - Xua Çunyin brifinqdə bildirib.

Çin XİN-in rəsmi nümayəndəsi həmçinin Türkiyə XİN-in məşhur uyğur şairi Əbdürrəhim Heyitin həbsxanada ölməsi ilə bağlı məlumatını yalan adlandırıb və qeyd edib ki, o , sağdır və sağlamdır.

Qeyd edək ki, dünən Türkiyə XİN-in rəsmi nümayəndəsi Hami Aksoy bəyanat dərc edərək, Çini etnik uyğurların hüquqlarına hörmət etməyə və onlar üçün qurulmuş məcburi saxlama düşərgələrini bağlamağa çağırmışdı. Aksoy "XXI əsrdə yenidən əsir düşərgələrinin meydana gəlməsini bəşəriyyət adına biabırçılıq” adlandırmışdı. Onun sözlərinə görə, "bir milyondan artıq uyğur məcburi saxlama siyasəti, işgəncələr və türmə və əsir düşərgələrində ideoloji təzyiqlərlə üz-üzə qalıb”.

2018-ci ilin avqust ayının sonlarında BMT-nin irqi ayrıseçkiliyin ləğvi üzrə komitəsinin ekspertləri dərc etdikləri məruzədə bildirmişdilər ki, bir milyona yaxın etnik uyğur Çinin Suntszyan-Uyğur muxtar rayonunda "tərbiyə düşərgələri”ində saxlanıla bilərlər.

Bu vəziyyəti şərh edən Çin XİN bildirmişdi ki, BMT-nin məruzəsində qeyd olunanlar sübut edilməyib və həqiqətə uyğun deyil.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook