Türkiyə və İran rejissorları birlikdə film çəkiblər
Mart 24
19:35
2016
İlk dəfə olaraq Türkiyəvə İran rejissorları birlikdə film çəkiblər. Film may ayında kinosevərlərə təqdim ediləcək.
"Report" Türkiyə KİV-nə istinadən xəbər verir ki, "Sabahın adı başqa" filmi iki ölkə arasında ticarət əlaqələri ilə yanaşı, yaradıcılıq və mədəniyyət əlaqələrinin də inkişaf etdirilməsi üçünTürkiyə və İran arasında imzalanan ortaq filmin çəkilişi ilə bağlı razılaşma çərçivəsində ərsəyə gətirilib.
Hekayəsi rejissor Mustafa Delazyeyə, senarisiiranlı rejissor Məhərrəm Zeynalzadəyə aid olan filmin çəkilişləri və montajı başa çatıb.Film əsasən Türkiyənin Edremit bölgəsində çəkilib.
Qlobal.az