Türkiyə və Rusiya Pakistan və Hindistanı gərginliyi azaltmağa çağırdı
Fevral 27
16:36
2019
Pakistan və Hindistan arasında bu gün müşahuidə edilən gərginlikdən sonra Rusiya və Türkiyənin Xarici İşlər nazirlikləri məssələyə münasibət bildirib. FaktXəbər məlumat verir ki, Rusiya mövcud durumda hər iki ölkəni gərginliyi siyasi-diplomatik vasitələrlə nizamlamağa çağırıb.
"Hindistan və Pakistan arasında nəzarət xəttində vəziyyətin gərginləşməsi ilə bağlı ciddi narahatlığımızı bildiririk. Hər iki ölkəni gərginliyi siyasi-diplomatik vasitələrlə nizamlamağa çağırırıq",-deyə məlumatda qeyd edilir.
Türkiyə də Pakistanla Hindistan arasındakı münaqişəni həll etmək üçün öz vasitəçiliyini təklif edib. Ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu tərəfləri açıq fikirliliyi itirməməyə və gərginliyin artmasına yol verməməyə çağırıb.
"Kəşmir ən böyük çoxillik problemdir və bu prolemi tezliklə beynəlxalq normalar çərçivəsində həll etmək lazımdır. Biz vəziyyətin nizamlanmasına öz töhfəmizi verməyə hazırıq, çünki gərginlik iki ölkə üçün deyil, həm də bütün region üçün təhlükədir",-deyə Çavuşoğlu əlavə edib.