Türkiyə və Suriya ordusu arasında savaş təhlükəsi ciddiləşir
Fevral 08
15:27
2018
Türkiyə ordusu ilə Əsəd rejiminin əsgərləri Suriyanın şimal-şərqində qarşı-qarşıya gələcək.
Publika.az xəbər verir ki, bu barədə İngiltərənin "Times” nəşri yazıb.
Nəşr yazır ki, Türkiyə son zamanlar İdlib və Hələbin cənub-şərqindəki kəndlərə əsgər və tank birlikləri göndərib.
"Bu addım Afrində həyata keçirilən "Zeytun budağı” əməliyyatı çərçivəsinə daxil deyil. Türk əsgərləri Əsəd ilə Əl-Qaidəyə bağlı olan Heyet Tahrir Şam və Azad Suriya Ordusu arasındakı cəbhə xəttindən maksimum 3,2 kilometr uzaqlıqdakı Əl Eis kəndinə yerləşib”, - deyə nəşr qeyd edir.
Məlumatdan göründüyü kimi, Afrində anti-terror əməliyyatı keçirən Türkiyə Suriyada yeni cəbhə açır və bu, "Zeytun budağı” əməliyyatından kənarda baş verəcək müharibədən xəbər verir.
"Times” əlavə edir ki, türk əsgərləri Əsəd ordusunun atəşkəsi pozaraq, İdlib əyalətinə doğru irəlilədiyi bir vaxtda Əl Eis kəndinə yerləşdirilib: "Türk ordusu hazırda Əsəd rejiminin əsgərlərinin qarşısına çıxır”.