SON XƏBƏR

Türkiyə XİN ABŞ-ın bu ittihamını riyakarlıq adlandırdı

İyul 03
11:59 2021
Ankara ABŞ-ın uşaqları orduya cəlb etmək ittihamlarını rədd edib.

Qaynarinfo xəbər verir ki, bu haqda Türkiyə Xarici İşlər Nazirliyinin məlumatında bildirilir. Bununla Ankara Türkiyənin ərazilərində uşaqların döyüş əməliyyatlarına cəlb olunduğu qeyd edilən ölkələr siyahısına daxil edilməsinə münasibət bildirib.

Bu siyahı ABŞ Dövlət Departamenti tərəfindən tərtib edilib. Ankara Dövlət Departamentinin Türkiyədə insan alverinə qarşı mübarizənin gücləndirilməsinə dair insan alveri ilə bağlı hesabatına işarə edib. Türkiyə Xarici İşlər Nazirliyi ölkənin BMT sənədləri də daxil olmaqla uşaq hüquqlarının qorunmasını tənzimləyən əsas beynəlxalq müqavilələrin iştirakçısı olduğunu qeyd edib.

Türkiyə PKK-PYD-YPG (Türkiyədə terrorçu olaraq tanınan Kürdüstan İşçi Partiyası) kimi terrorçu qurumlara silah verilməsinə "ABŞ-ın açıq dəstəyini" xatırladaraq, ABŞ-ı ikiüzlülükdə günahlandırıb. Nazirliyə görə, bu təşkilat Suriya və İraqdakı döyüş əməliyyatlarına qatılmaq üçün uşaqları işə cəlb edir.

"Türkiyəyə qarşı bu cür əsassız ittihamlar çox ciddi ziddiyyət daşıyır və heç vaxt qəbul edilə bilməz", - Türkiyə Xarici İşlər Nazirliyinin saytında yayımlanan açıqlamada deyilir.

Nazirlik Qərbin dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin (SDF) silahlı birləşməsinin hərbi məqsədlər üçün uşaqların zorla ələ alma, qaçırılma, həbs və məktəblərin istifadəsi kimi bir çox pozuntulara və ciddi suçlara yol verdiyini açıqlayıb. Buna baxmayaraq, türk diplomatlar Dövlət Departamentinin hesabatında SDF ilə bağlı məlumatların olmadığını bildiriblər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook