SON XƏBƏR

Türkiyə XİN erməni terrorçunun milli qəhrəman səviyyəsinə qaldırılması haqda

May 07
15:04 2019
Türkiyə tərəfi erməni terrorçu Gurgen Yanikiyanın nəşinin Los-Ancelesdən gətirilib Yerevanda hərbi məzarlıqda təntənə ilə dəfn olunmasına kəskin etirazını ifadə edib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat yayılıb.

Bildirilir ki, amansız bir erməni terrorçunu milli qəhrəman səviyyəsinə qaldırmaq və onun üçün təntənəli mərasim təşkil etmək terrorizmin təbliğdir və bunu heç bir halda qəbul etmirik.
Qeyd edək ki, Türkiyənin ABŞ-ın Los-Anceles şəhərindəki baş konsulu Mehmet Baydar və onun müavini Bahadur Dəmir 1973-cü il oktyabrın 27-də erməni terrorçu Gurgen Yanikyan tərəfindən vəhşicəsinə qətlə yetiriliblər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook