Türkiyə XİN: “İslandiyaya cavab veriləcək”
İyun 10
14:03
2019
"Futbol üzrə Türkiyə milli komandasının İslandiyanın Reykyavik şəhərindəki hava limanında məruz qaldığı davranış qəbuledilməzdir”.
"Anadolu” agentliyi xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Twitter” səhifəsində yazıb.
"Milli komandamızın İslandiyanın hava limanında məruz qaldığı davranış diplomatik qaydalar və insanlıq baxımından qəbuledilməzdir. Millətimizin lazım olan addımları atacağımıza şübhəsi olmasın”, - XİN başçısı bildirib.
Futbol üzrə Türkiyə milli komandası iyunun 11-də "H” qrupunda 2020-ci il üzrə Avropa çempionatının seçmə mərhələsində İslandıya yığması ilə qarşılaşacaq. İyunun 9-da Türkiyə millisi Reykavik hava limanında pasport yoxlaması zamanı 2 saat qanunsuz olaraq gözlədilib.