Türkiyə yaşayış icazələrinin verilməsi şərtlərini sərtləşdirib
Oktyabr 21
08:08
2023
Türkiyə hakimiyyəti alınması ölkədə yaşamaq icazəsi əldə etməyə imkan verən daşınmaz əmlakın minimum qiymətini artırıb.
Mənbələrdən verilən məlumata görə, yeni qaydalar 2023-cü il oktyabrın 16-dan sonra daşınmaz əmlak almış qeyri-rezidentlərə şamil ediləcək. Oktyabrın 16-dan əvvəl alınmış daşınmaz əmlak sahibləri üçün əvvəlki qaydalar tətbiq olunur: kiçik şəhərlərdə daşınmaz əmlakın minimum dəyəri 50 min ABŞ dolları, meqapolislərdə isə 75 min ABŞ dollarıdır. Bu halda həm "tapu”, həm də qiymətləndirmə sənədi tələb olunacaq.