"Türkiyə Zəngəzur dəhlizinin 2028-ci ilə qədər reallaşmasına ümid edir" - Uraloğlu
Yanvar 08
15:53
2024
Türkiyə 2028-ci ilə qədər Zəngəzur dəhlizi layihəsini həyata keçirməyə ümid edir.
«AzPolitika.info» xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Türkiyənin "tvnet” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Zəngəzur dəhlizinin Bakıdan Horadizə qədər uzanan Azərbaycan hissəsi tamamlanmaq üzrədir.
"Zəngəzur dəhlizi 224 km uzunluğundadır və ümumilikdə çəkilmə prosesi 5 il çəkəcək" - deyə, nazir bildirib. .
Abdulkadir Uraloğlunun sözlərinə görə, Ermənistan ərazisindən keçən hissə istisna olmaqla, Horadizdən Ordubada qədər olan hissədə tikinti hələ də davam edir.
Türkiyəli nazir bildirib ki, Naxçıvanı Türkiyə ilə birləşdirən yolda da yenidənqurma işləri aparılmalıdır: "Onun uzunluğu təqribən 100 km-dir və qeyd olunan marşrutun davamı olan İğdır-Qars dəmir yolunun tikintisinə bu il başlanılacaq".
Eyni zamanda Uraroğlu qeyd edir ki, son vaxtlar Ermənistanın Baş naziri Nikol Paşinyandan da Zəngəzur dəhlizi ilə bağlı "müsbət siqnallar” var..
Onun sözlərinə görə, Zəngəzur dəhlizinin Ermənistan hissəsi təqribən 43 km-dir və dəhlizin tam başa çatdırılması üçün müəyyən işlər aparılmalıdır.
O əlavə edib ki, Zəngəzur dəhlizi sayəsində Türkiyənin Türk dövlətlərinə birbaşa çıxışı olacaq.