SON XƏBƏR

Türkiyədə 1 milyon lirə vəd verilmiş terrorçu zərərsizləşdirilib

İyun 03
09:25 2020
Türkiyənin təhlükəsizlik qüvvələri terrorçu TKP/ML-TIKKO (Türkiyə Kommunist Partiyası/Marksist-leninçi) təşkilatının üzvü Həsən Ataşı zərərsizləşdirib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi bildirib.

Məlumata görə, bununla bağlı xüsusi əməliyyat Tuncelidə keçirilib.

"Şerzan" şərti adı ilə tanınan Həsən Ataş Türkiyənin Daxili İşlər Nazirliyinin ən çox axtardığı terrorçulardan olub. Ölkənin hakimiyyət orqanları onun tutulması üçün 1 milyon lirə pul mükafatı vəd etmişdilər.

Öldürülmüş terrorçunun yanında "Kalaşnikov" avtomatı və iki əl qumbarası aşkarlanıb.

Regionda terrorçuluğa qarşı əməliyyatlar davam edir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook