Türkiyədə gerisayım başlayır - Kimin şansı daha yüksəkdir?
May 04
13:10
2023
Türkiyədə seçki həyəcanı getdikcə yüksəlir. Qardaş ölkədə artıq seçkinin gerisayımı başlayır. Son 10 gündə həyəcanla yanaşı, əlbəttə ki, siyasi gərginlik də artacaq.
Qərb mediası da demək olar ki, hər gün Türkiyədəki seçki proseslərindən yazır, xüsusi maraq göstərir. Əlbəttə ki, bu təsadüfi deyil, Qərbin Türkiyə seçkiləri ilə bağlı xüsusi marağı, iddiası və arzusu var.
Beləliklə, Ərdoğan 2018-ci ildə seçkilərdə qalib gəldiyi nəticəyə yaxınlaşan kimi görünür.
Şübhəsiz ki, Türk dünyasının liderinə çevrilmiş Ərdoğanın Türkiyəni xarici təsirlərdən qoruması, yad əllərin müdaxiləsinin qarşısını ustalıqla alması bəzi məkrli dairələri rahatsız edir. Odur ki, seçkinin son günlərində Türkiyədə müxtəlif təxribatların da törədilə biləcəyi istisna deyil.
Seçki prosesinin son günlərində Türkiyənin tanınmış araşdırma şirkəti ola "Optimar” Tədqiqatlar Mərkəzinin keçirdiyi seçkiqabağı sorğunun nəticələri də kifayət qədər maraqlıdır. Mərkəzin keçirdiyi sorğunun nəticələri belədir: Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 51,4%, onun rəqibi, CHP sədri Kamal Kılıçdaroğlu isə 48,6% səs toplayır.
Sorğu aprelin 25-dən 28-dək 3005 nəfər arasında keçirilib.
"Son 10 gündə hər iki namizəd yüksəlişdədir. Ərdoğan zəlzələdən sonrakı enişi artıq arxada qoyub, iki həftədir ki, yüksəlişdədir. Kılıçdaroğlu səs sayını artıran ikinci namizəd olub. "Prezident seçkilərində iki namizəddən kimə səs verəcəksiniz?" sualına rəyi soruşulanların 51,4 faizi Ərdoğanın, 48,6 faizi Kılıçdaroğlunun, 4,3% Məhərrəm İncənin, 3% Sinan Oğannın adını çəkib", - deyə açıqlamada bildirilir.