Türkiyədə hakim partiyanın deputatına silahlı hücumda ölənlərin sayı 4 nəfərə çatıb
İyun 15
10:29
2018
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatı İbrahim Halil Yıldız və onunla birlikdə seçki kampaniyası aparan təşkilat üzvlərinə silahlı hücumda ölənlərin sayı 4 nəfərə çatıb.
"Report" "Haber7"yə istinadən xəbər verir ki, hadisə nəticəsində, ümumilikdə, 13 nəfər yaralanıb, onlardan 4-ü yerləşdirildiyi xəstəxanada həyatını itirib. Ölənlər arasında deputatın qardaşı Mehmet Ali Yıldız da var.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da məsələyə münasibət bildirib: "Ötən gün PKK-HDP terror təşkilatı millət vəkilimizin qardaşını hədəf alaraq öldürdü, ailədən bir neçə nəfəri də yaraladı. Ancaq millətimizin hüzurunu qaçırmağa heç kimin haqqı yoxdur".
****
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının Şanlıurfadan olan millət vəkili İbrahim Halil Yıldız və partiyanın onunla birgə olan digər üzvləri seçki kampaniyası zamanı silahlı hücuma məruz qalıb. APA-nın "Anadolu”ya istinadən verdiyi xəbərə görə, hadisə Şanlıurfa şəhərinin Suruç rayonunda, Cümhuriyyət məhəlləsində qeydə alınıb.
İnsident nəticəsində 3 nəfər ölüb, 9 nəfər isə yaralanıb. Məlumata görə, Ədalət və İnkişaf Partiyasının (AKP) üzvləri ilə Xalqların Demokratik Partiyasının (HDP) üzvləri olduğu ehtimal edilən şəxslər arasında əvvəlcə mübahisə yaranıb. Sonra həmin şəxslər odlu silah, bıçaq və dəyənəklərlə hakim partiya üzvlərinə hücum edib.
Hücum nəticəsində İbrahim Halil Yıldızın qardaşı Mehmet Ali Yıldız və daha 2 nəfər dünyasını dəyişib. Aralarında deputatın dörd yaxınının da olduğu 9 nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə xeyli sayda polis əməkdaşı və təcili yardım briqadaları cəlb olunub. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
****
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının Şanlıurfadan olan millət vəkili Halil Yıldız və partiyanın onunla birgə olan digər üzvləri seçki kampaniyası zamanı silahlı hücuma məruz qalıblar.
APA-nın "Anadolu”ya istinadən verdiyi xəbərə görə, insident nəticəsində 3 nəfər ölüb 8-i yaralanıb.
Hadisə yerində xeyli sayda polis əməkdaşı və təcili yardım briqadaları cəlb olunub.

Türkiyənin baş naziri Binəli Yıldırım hücumun PKK tərəfdarları tərəfindən törədildiyini təsdiqləyən faktlar olduğunu bildirib