Türkiyədə koronavirusun "Mü" ştamı qeydə alınıb
Sentyabr 07
15:17
2021
"Türkiyədə koronavirusun "Mü” ştamına iki yoluxma hadisəsi qeydə alınıb”.
"Report” "TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca Nazirlər Kabinetinin iclasından sonrakı açıqlamasında bildirib.
"Virusun yeni variantı olan "Mü”nün sadəcə iki hadisədə təsbit edilib. Pasiyentlərdə "Delta” və "Delta+”un təsiri olub”, - nazir deyib.