SON XƏBƏR

Türkiyədə Makedoniyalı İskəndərin II əsrə aid heykəlinin fraqmenti tapıldı (FOTO)

Oktyabr 07
08:35 2023
Arxeoloqlar Makedoniyalı İskəndərin II əsrə aid mərmər heykəlinin baş hissəsini tapıblar.

Qaynarinfo xəbər verir ki, bu tapıntı böyük sərkərdə və hökmdarın ölümündən 400 ildən çox keçəndən sonra hazırlanmasına baxmayaraq, onun nəhəng populyarlığına dəlalət edir.

Heykəl Türkiyənin şimal-qərb sahillərində, Konuralpada Roma teatrının xarabalıqlarında aşkar edilib.

Xələfləri onu tez-tez ideal bir hökmdar kimi irəli sürür və onun adı güc simvolu kimi istifadə olunurdu. Hətta başqa hökmdarların hakimiyyətini qanuniləşdirmək üçün onun şəkli ilə sikkələr də zərb edilirdi.

Heykəlin mərmər başı tarixçilər tərəfindən ətraflı tədqiq edilərək onun Makedoniyalı İsgəndərin obrazı olduğu qənaətinə gəliblər. Baş onu gözləri yuxarıya doğru yönəlmiş və ağzı bir az açıq şəkildə təsvir edir.

Xüsusilə diqqət çəkən detal, İsgəndərin obrazının xarakterik xüsusiyyəti olan aslan yalını xatırladan unikal saç düzümüdür.

Eramızdan əvvəl 356-cı ildə anadan olan Makedoniyalı İskəndər Makedoniya kralı olub və Yunanıstanı fəth edərək onun mədəniyyətini yenidən yaradaraq imperiyasını sürətlə genişləndirib. Onun yürüşləri Fars İmperiyası üzərində qələbəyə gətirib çıxarıb və bu, tarixin ən mühüm hərbi qələbələrindən biri hesab olunur.
 

 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook