SON XƏBƏR

Türkiyədə partiya binasına güllə atılıb

Mart 31
20:47 2023
Türkiyədə "İYİ Partiya”nın İstanbuldakı regional ofisinə silahlı hücum olub.

"AzPolitika.info” Türkiyə mətbuatına istinadla xəbər verir ki, silahlı hücum zamanı partiyanın binasının pəncərələrinə ziyan dəyib.

Daxili İşlər naziri Süleyman Soylu sözügedən hadisəni təxribat adlandırıb.

"Polisimiz hadisəni aydınlaşdırmaq üçün araşdırma aparır. Lakin hadisənin səbəbini müəyyən etmədən düşmənçilik yaratmaq həm təxribatdır, həm də siyasi fürsətçilikdir. Hadisəni törədən şəxslər ən qısa zamanda tapılacaq”,-deyə o, bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook