Türkiyədə suriyalılara qarşı etirazlar davam edir
İyul 02
10:56
2024
Ötən gecə Türkiyənin Hatay, Qaziantep, Adana və Bursa vilayətlərində bir qrup vətəndaş suriyalılara hücum edib.
Etirazlar Adana və Urfaya da keçib. Adananın Seyhan qəsəbəsində və Urfada bir qrup vətəndaş suriyalılara məxsus iaşə obyektlərinin qarşısını kəsərək, onların açılmasına imkan verməyib. Aksiyalara qatılanlar suriyalıların Türkiyə ərazisindən çıxarılmasını tələb ediblər.
İstanbuldakı aksiyalarda da suriyalılara məxsus ticarət obyektləri hücuma məruz qalıb. Aksiyada iştirak edənlər "Türkiyə türkdür, türk qalacaq!” kimi şüarlar səsləndiriblər.