Türkiyədə terror üçün nəzərdə tutulmuş 200 kiloqram partlayıcı müsadirə edilib
İyun 04
01:47
2018
Türkiyənin Tunceli vilayətində ağır nəticəyə səbəb ola biləcək terror aktının qarşısı alınıb.
Axar.az xəbər verir ki, ölkənin təhlükəsizlik qüvvələri Tunceli-Pülümür avtomobil yolunda içərisində 200 kiloqram partlayıcı olan 3 bidon aşkarlayıb. Terror aktının törədilməsi üçün hazır vəziyyətdə olan partlayıcının 7 terrorçu tərəfindən quraşdırıldığı aşkarlanıb.
Onların ələ keçirilməsi üçün bölgədə antiterror əməliyyatına başlanılıb.