SON XƏBƏR

Türkiyədə xəstəxanada partlayış: Çox sayda ölü və yaralı var

Dekabr 19
11:03 2020
Türkiyənin Qaziantəp şəhərindəki özəl xəstəxanada partlayış baş verib.

Qaynarinfo "TRTHaber”ə istinadən xəbər verir ki, hadisə nəticəsində 8 pasiyent həlak olub.

Məlumata görə, SANKO Universitetinin reanimasiya şöbəsində oksigen balonu partlayıb. Partlayışdan sonra yanğın baş verib.

Məlumata görə, 20 nəfərlik reanimasiya şöbəsində 19 xəstə olub. Onların 8-i ölüb. 11 pasiyent yaxınlıqdakı başqa hospitala yerləşdirilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook