SON XƏBƏR

Türkiyəli jurnalist Ermənistanda çaxnaşma saldı (VİDEO)

Noyabr 13
09:36 2021
Bu günlərdə Türkiyənin "Anadolu” agentliyi Ermənistanın paytaxtı İrəvandan reportaj hazırlayıb. Türkiyəli jurnalistlər İrəvanın tam mərkəzində ermənilərin müharibədən sonrakı əhval-ruhiyyəsini öyrənərək çəkiliş aparıblar.

Hesabatda qeyd olunub ki, Ermənistan vətəndaşları özlərini bərbad hiss edirlər.

Reportajın Azərbaycan İctimai Televiziyasında göstərilməsi erməniləri daha da qəzəbləndirib.

Bu kadrlar və ümumiyyətlə, türk jurnalistlərin İrəvanda olması faktının özü erməni cəmiyyətində çaxnaşma yaradıb.

"Lraber” informasiya-analitik agentliyi Ermənistan Xarici İşlər Nazirliyindən "düşmən dövlətin jurnalistlərinin ölkəyə necə düşdüyünü” öyrənməyə çalışıb. Lakin onların sualları cavabsız qalıb./Virtualaz.org
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook