SON XƏBƏR

Türkiyəli məşhur sənətçi Azərbaycana dəstək oldu

Oktyabr 24
12:34 2020
"Azərbaycanlı qardaşlarımın gecə yatdıqları zaman üzərilərinə bomba atılmasını şiddətlə qınayıram".

Qlobal.az xəbər verir ki, bu sözləri Türkiyənin məşhur müğənnisi Ajda Pekkan sosial şəbəkə hesabında yazıb.

Azərbaycana dəstəyini ifadə edən sənətçi əsgərlərə və dövlət başçımıza uğurlar arzulayıb:

"Torpaqlarını geri almaq üçün canını fəda etməyə hazır olan əsgərlərimizə və ən başda hörmətli İlham Əliyevə uğurlar arzulayıram. Türkiyə olaraq daim yanlarında olduğumuzu bilmələrini istəyir və buradan azərbaycanlı qardaşlarımıza sevgi və ehtiramımı göndərirəm. Tanrıdan dünyamıza sülh və əmin-amanlıq arzulayıram”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook