SON XƏBƏR

Türkiyənin Gürcüstandakı səfirliyi Tbilisidə Novruz şənliyi təşkil edib

Mart 16
06:42 2019
Türkiyənin Gürcüstandakı səfirliyinin təşəbbüsü, Yunus Əmrə İnstitutunun Tbilisidəki Mədəniyyət Mərkəzinin, TİKA-nın və İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

Qlobal.az AZƏRTAC-a istinadla xəbər verir ki, universitetin geniş akt zalında təşkil olunan tədbirdə Azərbaycanın və digər ölkələrin Tbilisidəki səfirliklərinin əməkdaşları, tələbələr, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Türkiyənin Gürcüstandakı səfirliyinin müşaviri Onur Sevim, mədəniyyət mərkəzinin müdiri Əli Oğuzxan və başqaları çıxış edərək Novruz bayramının ruzi-bərəkət, bərabərlik, oyanış bayramı olduğunu bildiriblər. Novruzun digər üstünlüklərindən danışan natiqlər onun həm də bahar bayramı olduğunu diqqətə çatdırıblar.

Çıxış edənlər insanları Novruz bayramı münasibətilə təbrik edib, onlara sülh, firavanlıq, ruzi-bərəkət arzulayıblar.

Tədbir Gürcüstanın və Türkiyənin rəqs qruplarının maraqlı konsert proqramı ilə davam edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook