“Türkiyənin hava zərbələri nəticəsində Suriyadakı terrorçuların idarəetmə qabiliyyəti sarsılıb” - ABŞ institutu
Oktyabr 14
10:45
2023
"Türkiyə ordusunun hava zərbələri nəticəsində Suriyanın şimalında gizlənən terrorçuların idarəetmə qabiliyyəti sarsılıb”.
"Report” xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.
Qeyd edək ki, oktyabrın 1-də Ankarada Daxili İşlər Nazirliyinin binası yaxınlığında terror aktı törədilib. Hadisə nəticəsində bir neçə polis əməkdaşı yaralanıb. Bundan sonra Türkiyə Silahlı Qüvvələri Suriyada terrorçulara qarşı əməliyyatlara başlayıb.
Qeyd olunub ki, Türkiyə oktyabrın 1-dən etibarən ərazidə əməliyyatlar keçirir:
"Əməliyyat çərçivəsində xüsusilə hərbi obyektlər hədəf alınır”.
Amerikalı analitiklər hesab edirlər ki, Türkiyənin keçirdiyi əməliyyatlar ABŞ-ın Suriyada dəstəklədiyi terrorçular üçün riskləri artırır.