Türkiyənin Parisdəki Baş Konsulluğuna əl bombası atılıb
May 13
00:32
2022
Türkiyənin Parisdəki Baş Konsulluğuna naməlum şəxs və ya şəxslər tərəfindən kustar üsulla hazırlanmış əl bombası atılıb.
İnsident zamanı konsulluğun binasına ziyan dəyib. Binasının divarları və pəncərələri zədələnsə də, xəsarət alan olmayıb.
Paris polisi hücumda istifadə edilən partlayıcının növünü müəyyən etmək və hadisəni törədənləri tutmaq üçün genişmiqyaslı araşdırmaya başlayıb və ərazini mühasirəyə alıb.