Türkiyənin səfiri: Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi bu il yekunlaşacaq
Yanvar 29
12:03
2016
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun tikintisi bu il yekunlaşacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun deyib.
Onun sözlərinə görə, BTQ layihəsinin reallaşdırılmasının gecikməsinin səbəbi texniki problemlərə bağlı idi, artıq həmin problemlər həll olunub.