Türkiyənin XİN başçısının müavini Bakıda türkiyəli investorlarla görüşüb - Qarşılıqlı sərmayələri müzakirə edib
Mart 07
09:50
2024
Türkiyənin xarici işlər nazirinin müavini Yasin Ekrem Serim ölkəsinin Azərbaycandakı səfirliyində türkiyəli investorlar və iş adamları ilə görüşərək qarşılıqlı sərmayələri müzakirə edib.
"Report” xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.
Xatırladaq ki, daha öncə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin xarici işlər nazirinin müavini Yasin Ekrem Serimlə regional normallaşma proseslərini müzakirə edib.
"Nazir müavinimiz Yasin Ekrem Serim Bakıdakı səfirliyimizdə can Azərbaycandakı türkiyəli investorlarımız və iş adamlarımızla görüşüb. Görüşdə qarşıdakı dövrdə qarşılıqlı investisiyaları və ticarəti daha da artıra biləcək addımlar birlikdə qiymətləndirilib. Nazir müavinimiz iş adamlarımızın suallarını cavablandıraraq onların yaşadıqları problemlərin çözümü ilə bağlı məsələləri müzakirə edib”, – XİN qeyd edib.