Türmə rəisi Emin Həsənovun avtoritet sevgisi – 1 saylı cəzaçəkmə müəssisəsində nələr baş verir?..
Avqust 19
16:06
2022
1 saylı cəzaçəkmə müəssisəsinin rəisi Emin Həsənov avtoritetin ölüm günü ilə bağlı yas mərasimi təşkil edib…
"1 saylı cəzaçəkmə müəssisəsinin rəisi E.Həsənovun cinayətkarlığı təbliğ etməsi, məhbusları islah etmək əvəzinə, onları kriminallaşdıran üsullara əl atması rəzalətdir və bu, qanunla hüquqi məsuliyyət yaradır”.
Pia.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Samir Feyruzov sosial şəbəkədə öz səhifəsində yazıb. Jurnalist qeyd edib ki, Emin Həsənovun təşkil etdiyi yas mərasimində 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhbusların 80%-i iştirak edib:
"Bu gün Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsinin rəisi Emin Həsənov azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskinin ölüm günü ilə bağlı həbsxanada yas mərasimi təşkil edib və ehsan olaraq "çefir” (tünd çay) paylayıb.
Əldə etdiyim məlumata görə, R.Lənkəranskinin yas mərasimi 1 saylı cəzaçəkmə müəssisəsinin rəisi E.Həsənovun şəxsi tapşırıqları əsasında təşkil edilib”.
Jurnalist bildirir ki, E.Həsənov "Lotu Quli” ləqəbli avtoritet Nadir Səlifovun da anım gününün keçirilməsi ilə bağlı tapşırıq verib:
"Sabah isə – 19 avqustda "Lotu Quli” ləqəbli avtoritet Nadir Səlifovun anım günüdür. E.Həsənovun "Lotu Quli”nin ölüm günü ilə bağlı yas mərasiminin təşkil olunması üçün tapşırıq verib və hazırda həbsxanda bununla bağlı hazırlıqlar həyata keçirilir”.
Samir Feyruzov onu da vurğulayır ki, islahatlardan kənar qalan və ən problemli qurum olan məhz Penitensiar Xidmətdir:
"Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda aparılan islahatlardan kənarda qalan yeganə və ən problemli sahələrdən biri və birincisi məhz Penitensiar Xidmətdir. Azərbaycan qalib ölkə kimi təhsili, iqtsiadiyyatı inkişaf etdirməyi və ordunu daha da gücləndirməyi, maaarifləndirmə prosesini sürətləndirməyi qarşısına əsas məqsəd qoyub.
Ancaq belə bir şəraitdə əynində zabit rütbəsi daşıyan 1 saylı cəzaçəkmə müəssisəsinin rəisi E.Həsənovun cinayətkarlığı təbliğ etməsi, məhbusları islah etmək əvəzinə, onları kriminallaşdıran üsullara əl atması rəzalətdir və bu, qanunla hüquqi məsuliyyət yaradır.
E.Həsənov vəzifə səlahiyyətlərindən istifadə edərək bütün məhbusları, cəzaçəkmə müəssisəsinin əməkdaşlarını qanundan kənar mərasimlərin keçirilməsinə cəlb edir, havay ehsan (hələ bu ehsanın hansı pulla verildiyi bilinmir) paylayır.
Bu tip mərasimlərin keçirilməsi Azərbaycanın müasir dövlət idarəçiliyi modelinə tamamilə ziddir.
Azərbaycanda cinayətkarlığın artmasının əsas səbəblərindən biri cəzaçəkmə müəssisələrində islah prosesinin aparılmamasıdır. Ona görə də məhbuslar azadlığa çıxandan sonra yenidən cinayət törədərək həbxanaya yollanır.