SON XƏBƏR

Tuyqun Nadirov namizədlikdən imtina edir

Mart 10
12:45 2016
Xəzər Lənkəran" klubunun vitse-prezidenti Tuyqun Nadirovun AFFA İcraiyyə Komitəsinə namizədliyi geri götürüləcək.
 
"Report"-un yaydığı xəbərə görə, bu barədə T.Nadirovun özü açıqlama verib. O bildirib ki, kluba qarşı hakim haqsızlıqlarından sonra namizədlik məsələsində fikri dəyişib. O, məsələ ilə bağlı ayrıca açıqlamanın veriləcəyini vurğulayıb: "Namizədlik məsələsində fikrim dəyişib. Bununla bağlı ayrıca açıqlama verəcəyəm. Namizədliyi geri götürmək barədə düşünürük. Klub namizədliyimi irəli sürüb və çox güman ki, klub da qərar qəbul edib namizədliyimi geri götürəcək".
 
Qeyd edək ki, Tuyqun Nadirov AFFA İcraiyyə Komitəsində Peşəkar Futbol Liqasına ayrılmış 4 yerə namizədliyi irəli sürülən 5 nəfərdən biridir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook