SON XƏBƏR

U-17 Avropa çempionatında növbəti oyunlar keçirilib

May 10
01:40 2016
Bakıda keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatında qrup mərhələsinin ikinci turuna yekun vurulub. Apasport.az saytının xəbərinə görə, bu gün daha dörd görüş baş tutub.

C qrupu çərçivəsində Danimarka İsveçlə, Fransa İngiltərə ilə üz-üzə gəlib. Danimarkalılar matça əlavə olunan dəqiqələrdə vurduqları yeganə qolla 3 xala sahib çıxıblar. İngiltərə isə Fransa üzərində inamlı qələbəyə sevinib.

D qrupunda isə İtaliya Hollandiyanı, Serbiya da İspaniyanı sınağa çəkib. İtaliyalılar hollandlarla dueldən məğlub ayrılıblar. İspanlar isə serblərlə görüşdə qələbəni əldən veriblər və matç heç-heçə bitib.

17 yaşlıların Avropa çempionatı
Qrup mərhələsinin ikinci turu
 
9 may

C qrupu


Danimarka – İsveç - 1:0
Qol: Yensen, 80+3
Baş hakim: Mitya Jqaneç (Sloveniya).
Bakı Olimpiya Stadionu.
 
Fransa – İngiltərə - 0:2 
Qollar: Morris, 15 (0:1). Nelson, 43-pen. (0:2).
Baş hakim: Fran Yoviç (Xorvatiya)
Bakı. "Azərsun Arena".


D qrupu


İtaliya - Hollandiya - 0:1 
Qol: Nunneli, 78 (0:1).
Baş hakim: Bartoş Frankovski (Polşa).
Bakı. "Azərsun Arena”.


Serbiya – İspaniya - 1:1 
Qollar: Ruiz, 4 (0:1). Yovelyiç, 59-pen. (1:1).
Baş hakim: Ville Nevalaynen (Finlandiya).
Bakı Olimpiya Stadionu.


Qlobal.az





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook