SON XƏBƏR

UEFA-dan Avropa Premyer Liqasının yaradılmasına sərt reaksiya

Noyabr 16
11:15 2020
UEFA prezidenti Aleksandr Çeferin Avropa Premyer Liqasının yaradılması fikrinə münasibət bildirib.

Qaynarinfo xəbər verir ki, bu haqda "Marca” məlumat yayıb. Prezidentin sözlərinə görə, onun üçün Avropa Premyer Liqasının yaradılmasından söhbət gedə bilməz. Çeferin qeyd edir ki, bu, Avropanın həmrəyliyə əhəmiyyət verməyən və özlərindən başqa heç nə haqda düşünməyən bir neçə futbol administratorunun arzusudur.

"Onlar hələ başa düşmür ki, bununla öz klublarına zərər verə bilərlər. Bu, populist və ya siyasi ideyadır”, - prezident deyib.

Xatırladaq ki, İngiltərə, Almaniya, İspaniya, İtaliya və Fransanın ondan çox klubu Avropa Premyer Liqası (EPL) adlı bir turnir yaratmaq üçün danışıqlar aparır. Təşkilatçılar 2022-ci ildə Beynəlxalq Futbol Federasiyasının (FIFA) dəstəyi ilə yarışa başlamağı planlaşdırırlar. 

Mənbənin verdiyi məlumata görə, EPL-də 18 klub iştirak edəcək.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook