SON XƏBƏR

UEFA Çempionlar Liqasında dörddəbir finalın sonuncu iki iştirakçısı müəyyənləşəcək

Mart 16
17:14 2016
Martın 16-da UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin sonuncu iki iştirakçısı müəyyənləşəcək.
 
AZƏRTAC xəbər verir ki, qarşılaşmalardan biri İspaniyada, digəri isə Almaniyada baş tutacaq. "Nou Kamp” stadionunda "Barselona” komandası "Arsenal”ı qəbul edəcək. Londonda "Arsenal”a iki cavabsız qolla qalib gələn katalon təmsilçisi cavab qarşılaşmasında yalnız cəzalı Jerard Pikenin xidmətlərindən məhrum olacaq. Qonaqların heyətində isə zədəli Peter Çex, Aleks Oksleyd-Çamberlayn, Tomaş Rositski, Santi Kazorla, Cek Uilşir, Loren Kosilnı və Mikel Arteta meydanda olmayacaqlar. Digər oyun isə Münxendə, "Alyans Arena” stadionunda keçiriləcək. İlk oyunda Turində "Yuventus” ilə qarşılaşmadan sülhlə ayrılan (2:2) "Bavariya” səfərdə vurulan qollara görə görüşün favoriti sayılır.
 
"Qoca sinyora” isə mərhələ keçmək üçün səfərdən mütləq qələbə və ya böyükhesablı heç-heçə ilə ayrılmalıdır.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook