UEFA Çempionlar Liqasında oyunların vaxtı dəyişdirilir
May 31
00:25
2017
UEFA Çempionlar Liqasında oyunların vaxtına dəyişikliklər edilməsi gözlənilir.
Bu barədə "France Football" UEFA-dakı mənbələrə istinadən xəbər verir.
Çempionlar Liqası çərçivəsində bəzi oyunların, xüsusən də 1/4 final qarşılaşmalarının həftəortası əvəzinə həftəsonları keçirilməsi nəzərdə tutulur.
Televiziya yayım gəlirlərinin artırılmasına və daha çox tamaşaçı cəlb etməyə hesablanmış bu dəyişikliklərin 2021-ci ildən tətbiq ediləcəyi planlaşdırılır.
Lakin bu dəyişikliklərin mənfi nəticələri də ola bilər. Belə ki, Avropa ölkələrinin çempionatlarında oyunlar əsasən həftəsonları keçirilir.