SON XƏBƏR

UEFA klublarımızın qrup mərhələsinə düşmək şansını azaldır

İyun 01
10:06 2016
Azərbaycan klublarının Çempionlar Liqasının qrup mərhələsinə düşmək şansları azalacaq. Buna UEFA-nın yeniliyi səbəb olacaq.
 
Belə ki, qitə futbol qurumu Avropanın ən nüfuzlu klub turnirinin formatında islahatlar aparmağa qərar verib. Bu islahatlar yarışın əsas mərhələsində – qrupda iştirakçıların sayının azalmasına xidmət edir.
 
Artıq bunu UEFA-nın Yarışların Keçirilməsi üzrə direktoru Corco Marketti də təsdiqləyib. O bildirib ki, qurum qrupda çıxış edən komandaların sayının 32-dən 16-ya endirilməsi yollarını araşdırır. Bu say dəyişikliyi 2018/19 mövsümündən qüvvəyə minəcək. İslahatlara əsasən, təsnifat mərhələlərinin sayı artırılacaq.

Məsələylə bağlı rəsmi qərar bu ilin sonunadək qəbul olunacaq. Sentyabrın 14-də baş tutacaq UEFA-nın prezidenti postuna seçkilərdən sonra rəsmiləşməli olan formata dekabradək aydınlıq gəlməlidi. Çünki ilin sonunda 2018/19 mövsümünün yayım hüququ ilə bağlı məsələ də həllini tapmalıdı.
 
UEFA bu yeniliyi qitə nəhənglərinin təzyiqi altında atmağa məcburdu. Çünki Avropanın böyük klubları özləri üçün maraqsız görünən rəqiblərlə matçların sayının azaldılmasını istəyir. Həm oyun sayı, həm əlavə xərclərin də minimuma endirmək istəyən bu klublara güzəştə getməyə hazır olan UEFA nisbətən zəif klubların Çempionlar Liqası xəyalını çətinə salır.
 
Bu, elə Azərbaycan çempionuna da aiddi. Hazırda 3 təsnifat mərhələsini adlayıb, 32 ən yaxşı arasına düşməyi bacarmayan, amma buna minimum ümidi olan təmsilçilərimiz yeniliyin tətbiqindən sonra zəruri şansı ilə vidalaşa bilər. Çünki 16 ən yaxşı arasına düşmək indikindən ən azı ikiqat ağır olacaq.
 
UEFA-nın planlaşdırdığı yeniliyi əksər hallarda gerçəkləşdirdiyini nəzərə alsaq, Azərbaycan klublarının 32 klublu Çempionlar Liqasına düşmək üçün cəmi iki şansı qalıb. Bunlar 2016/17 və 2017/18 mövsümləridi. Bu iki mövsümdə təmsilçimiz azarkeşlərini sevindirə bilməsə, bəlkə də növbəti islahatları gözləməli olacağıq. (apasport.az)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook