SON XƏBƏR

UEFA Mxitaryanla bağlı təxribatın qarşısını aldı

May 27
10:31 2019
UEFA "Arsenal” klubu futbolçularının Avropa Liqasının Bakı finalında erməni komanda yoldaşları Henrix Mxitaryana dəstək göstərməklə bağlı planlarına əngəl olub.

"Daily Mail”in məlumatına görə, "topçular” təhlükəsizlik məsələsini bəhanə edərək Bakıya uçmaqdan imtina edən erməni futbolçuya dəstəklə bağlı bir neçə variantı nəzərdən keçirib.

Əsas müzakirə olunan təklif isinmə hərəkətləri zamanı arxasında Mxitaryanın şəklinin olduğu köynəyin geyinilməsi olub. Ancaq bundan xəbər tutan UEFA insayderləri istənilən belə hərəkətlərin təşkilatın nizamnaməsinə görə qadağan olunduğunu bildirib.

Stadiona daxil olan zaman həm meydanda, həm də meydançadan kənarda geyinilən istənilən idman forması, o cümlədən, futbolçuların isinmə hərəkətləri zamanı geyindiyi çiyinlik əvvəlcədən Avropanın ali idman qurumu ilə razılaşdırılmalıdır.

Bu arada, nəşrin yazdığına görə, digər yandan  "Arsenal” rəsmiləri Bakıda Mxitaryanla bağlı ehtiyatlı bəyanatlar səsləndirmək niyyətindədir. Onlar Azərbaycanla Ermənistan arasında uzunsürən münaqişənin olduğunu bilir və mötəbər yarışmanın finalına hər hansı siyasi gərginlik qatmaq istəmirlər.(oxu.az)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook