SON XƏBƏR

UEFA prezidenti Dağlıq Qarabağ münaqişəsindən danışdı

Oktyabr 14
10:54 2020
"Açığı, detalları bilmirik, çünki siyasi təşkilat deyilik. Tam ümid edirik ki, məsələ sülh yolu ilə həll ediləcək".

Qlobal.az xəbər verir ki, bu sözləri UEFA-nın prezidenti Aleksandr Çeferin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışarkən deyib.

Qurum rəhbəri prosesləri diqqətlə izlədiyini bildirib. Çeferin münaqişənin "AVRO-2020"nin təşkilinə hansı təsiri göstərəcəyini söyləməkdə çətinlik çəkib: "Nəzəri cəhətdən Avropa çempionatını 12 yox, 11 ölkədə, hətta 1 ölkədə keçirmək mümkündü. Biz hadisələrin inkişafını izləməliyik".

Qeyd edək ki, Avropa çempionatının oyunları gələn il 11 iyun - 11 iyulda Avropanın 12 şəhərində, o cümlədən, Bakıda keçirilməlidir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook