SON XƏBƏR

UEFA prezidenti: “VAR sistemini geniş miqyasda tətbiq etmək tezdir”

İyul 01
06:26 2017
UEFA futbolda videotəkrar hakim köməkçisi (VAR) sistemini geniş miqyasda tətbiq etməyə tələsmir. Apasport.az saytının məlumatına görə, bu barədə qurumun prezidenti Aleksandr Çeferin açıqlama verib.

O, bildirib ki, sistemə hələ tam güvənmir: "Bu sistem məni inandırmalıdır. Bunun üçün isə hələ çox sınamaq lazımdı. Düşünürəm ki, onu kütləvi şəkildə istifadə etmək üçün tələsmək lazım deyil”.

Qeyd edək ki, VAR sistemi hazırda davam edən Konfederasiyalar Kubokunda tətbiq olunur və bir neçə oyunda ciddi mübahisələrə səbəb olub.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook