Ukrayna Baş Prokurorluğu Rusiya rəhbərliyini istintaqa çağırıb.
"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
İstintaqa çağırılanlar arasında Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Federasiya Şurasının sədri Valentina Matvienko, Təhlükəsizlik Şurasının sədr müavini, keçmiş prezident Dmitri Medvedyev, müdafiə naziri, ordu generalı Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin, daxili işlər naziri Vladimir Kolokoltsev, Rusiya qvardiyasının başçısı Viktor Zolotov, Mərkəzi Federal Dairəsi üzrə Rusiya Prezidentinin səlahiyyətli nümayəndəsi İqor Şeqoleyev də var. Onlara mayın 16, 17 və 18 istintaqa ifadə vermək üçün bildiriş göndərilib.