SON XƏBƏR

"Ukrayna daha müasir silahlar alacaq" - Prezident Ofisi

May 10
16:00 2022
"ABŞ-da Lend-liz aktının təsdiqi sayəsində Ukrayna daha müasir silahlar alacaq”.

"Report” "RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib.

"Bu həmçinin bizə hərbçilərin sayını artırmağa imkan verir. Ordu daha da güclənəcək, qələbə daha da yaxınlaşacaq və ən əsası, qanun ABŞ Prezidentinə hər dəfə yardımı koordinasiya etməməyə imkan verir. Bu bizə lazım olan silahların və digər yardımların alınmasını əhəmiyyətli dərəcədə sürətləndirəcək”, - o söyləyib.

A.Yermak bildirib ki, ABŞ-dakı bu qərar Ukraynanın qalib gələcəyinə dair bütün dünya xalqlarına işarədir: "Çünki demokratiyanın ürəyi bu gün Kiyevdə və bizim torpaqlarımızda döyünür”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook