Ukrayna İlham Əliyevin sözləriylə Rusiyaya gözdağı verdi
Fevral 25
11:30
2021
Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Kiyevdə "Qarabağ Azərbaycandır” sözünün oxşarı olan "Krım Ukraynadır" yazılı bir lövhə yerləşdirib.
Qaynarinfo xəbər verir ki, lövhə Rusiya səfirliyinin qabağında asılıb. SBU mətbuat xidməti bu banerin fotosunu istehzalı bir şərh ilə Telegram kanalında da yayıb: "Sadəcə bir şəkil, sadəcə Kiyevdəki Rusiya səfirliyi, sadəcə bir həqiqətin ifadəsi: Krım Ukraynadır".
Bundan əvvəl Ukrayna Ali Radası BMT, Avropa Parlamenti, eləcə də ATƏT, NATO və digər beynəlxalq strukturları Rusiyaya qarşı təzyiqləri artırmağa çağırıb.
Bundan əlavə, həmin çağırışda beynəlxalq təşkilatlardan Krımı və Sevastopolu Ukrayna ərazisi olaraq görməyə davam etmələri tələb edilib.