SON XƏBƏR

Ukrayna: iqtisadiyyat böyüyüb, işsizlik artıb

Fevral 16
00:59 2018
2017-ci ildə Ukraynada ümumi daxili məhsul 2,2% artıb. Novator.az-ın məlumatına görə, Dövlət Statistika Xidməti belə hesabat yayıb.
 
Hesabata əsasən, ümumi daxili məhsulun artmasına istehlak fəallığı, tikintidə yüksəliş və Avropa İttifaqı bazarlarına çıxış imkanlarının genişlənməsi təkan verib.
 
Dövlət Statistika Xidmətinin başqa bir hesabatına görə, fevralın 1-nə Dövlət Məşğulluq Xidmətində 378 min 800 nəfər işsiz qeydə alınıb. Bu, yanvarın 1-i ilə müqayisədə 24 min nəfər çoxdur.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook