SON XƏBƏR

Ukrayna İrandakı qəzanın "qapalı versiyaları"nı elan etdi: “Rus izi” və...

Yanvar 10
11:15 2020
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası (SNBO) İranda Ukrayna təyyarəsinin qəzaya uğramasının üç "qapalı" versiyasını nəzərdən keçirir.

Qaynarinfo Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilovun sözlərinə istinadla xəbər verir ki, əvvəllər səslənən əsas versiyaları nəzərə alaraq istintaq hazırda baş verənlərin yeddi ssenarisini nəzərdən keçirir.

Bu günə qədər fövqəladə vəziyyətin dörd versiyası rəsmi olaraq səsləndirilib: 

Təyyarənin zenit raket sistemiylə vurulması;
"Tor” hava hücumundan müdafiə sistemiylə məhvi;
Mühərrikin texniki səbəblərə görə partlaması;
Terror hadisəsi və İHA, yaxud digər uçan obyektlə toqquşma.

Üç qapalı versiyanın elanı ilə bağlı son qərar isə bütün araşdırmalar başa çatdıqdan sonra veriləcək.

Danilov Donbasdakı Boeing faciəsinin araşdırılmasında iştirak edən mütəxəssislərin qəza yerində çalışdıqlarını da qeyd edib. Xatırladaq ki, Kiyev, laynerin Rusiya istehsalı olan "Buk” raketi ilə vurulduğunu da iddia edib.

Bundan əvvəl də Ukrayna Milli Təhlükəsizlik Şurası İranda qəzaya uğrayan sərnişin təyyarəsinin kənar təsirə məruz qalacağını istisna etmədiyini bildirmişdi. Bundan əlavə, partlayışa təyyarənin içində baş verən terror aktının səbəb ola biləcəyi də istisna edilmir. SNBO "Rus izi" versiyasını da yoxlayacağını bildirib.

Ukrayna Beynəlxalq Hava Yollarının təyyarəsi yanvarın 8-də Tehrandan çıxandan qısa müddət sonra partlayıb. Təyyarə hündürlük yığa bilsə də, hadisə yerində çəkilmiş bir videoda laynerin yanğına büründüyü görünür. Qəzada 176 nəfər həlak olub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook