SON XƏBƏR

Ukrayna komandasının hücumçusu “Qəbələ”yə transfer ola bilər

Oktyabr 28
12:05 2015
Ukraynanın "Dnepr” futbol komandasının hücumçusu Yevgeni Seleznyov "Qəbələ” komandasına transfer ola bilər.
 
Qlobalinfo.az Trend-ə istinadla xəbər verir ki, Dnepropetrovsk təmsilçisinin oyunçusunu Azərbaycan komandasının baş məşqçisi Roman Qriqorçuk dəvət edib. Hücumçunun "Dnepr”lə hazırkı müqaviləsi 2016-cı ilin yayında başa çatır.
 
Yeni müqavilə üçün "Dnepr”lə futbolçu arasında danışıqlar aparılmır. Bu isə Y.Seleznyovaya yanvarda istənilən klubla ilkin müqavilə bağlamaq imkanı verir. Ukraynanın "Şaxtyor”, Türkiyənin "Fənərbaxça” və "Trabzonspor”, Yunanıstanın "Olimpiakos” və "Qəbələ” klubunun rəqibi Rusiyanın "Krasnodar” klubları da futbolçuya maraq göstərir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook