Ukrayna Krıma bağlı iki körpünü vurdu – Rus ordusunun logistikası pozulub
Avqust 07
11:32
2023
"Ukraynanın Rusiya tərəfindən ilhaq edilmiş Krımı materiklə birləşdirən Çonqar və Geniçesk körpülərinə raket zərbələri gələcək əks-hücumlar üçün zəmin yaratmaq üçün strateji planın bir hissəsidir”.
"AzPolitika.info” xəbər verir ki, bu barədə Amerika Müharibənin Tədqiqi İnstitutunun (ISW) ekspertləri bildiriblər.
Zərbələr avqustun 6-da rus qoşunlarını təchiz esən iki əsas yol körpüsünə endirilib. Nəticədə Rusiya qüvvələri nəqliyyatın hərəkətini daha qısa şərq marşrutlarından daha uzun qərb marşrutlarına yönləndirib. Bu, əhəmiyyətli logistik pozuntular yarada bilər.
Rusiya mənbələri iddia edir ki, Ukrayna əsgərləri körpüləri vurmaq üçün Britaniya və Fransanın təchiz etdiyi "Storm Shadow” qanadlı raketlərindən istifadə edib. ISW Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən bu raketlərin vurulması ilə bağlı hələ də təsdiq əldə edə bilməyib.
İyulun 29-da Ukrayna hərbçilərinin vurduğu Çonqar körpüsünün, o cümlədən onun dəmir yolu hissəsinin nə vaxt təmir olunacağı bəlli deyil.
"Geniç boğazı üzərindən zədələnmiş körpünün bərpası, yəqin ki, xeyli vaxt aparacaq”, - Amerika Müharibənin Tədqiqi İnstitutunun ekspertləri deyirlər.