SON XƏBƏR

Ukrayna Krıma və Rusiyanın 4 vilayətinə PUA-larla hücum edib

Yanvar 30
09:35 2024
Ukrayna ordusu işğal altındakı Krım yarımadasına və Rusiyanın daha 4 vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib.

"Report” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, texnikalar zərərsizləşdirilib.

Bildirilib ki, Krım səmasında 11, Belqorodda 5, Bryanskda 3, Kaluqa və Tula vilayətlərinin hər birində isə 1 PUA məhv edilib.

Məlumata görə, infrastruktura ziyan dəyməyib, ölən və yaralanan olmayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook