"Ukrayna müharibənin birinci mərhələsində üstünlük əldə edə bildi" - Müdafiə nazirinin müavini
May 11
16:00
2022
"Ukrayna müharibənin birinci mərhələsində üstünlük əldə edə bildi”.
"Report” "RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.
"Rusiya ordusu öz tapşırıqlarını yerinə yetirə bilmədi və ciddi itki verdi. Odur ki, savaşın ilk mərhələsi Ukraynanın qələbəsi ilə başa çatdı. Rusiya əsas məqsədlərinə nail ola bilmədi” - o, bildirib.
Malyarın sözlərinə görə, birinci mərhələdə Ukrayna Silahlı Qüvvələri qarşı tərəfə nisbətən həm şəxsi heyətin, həm də texnikanın sayına görə üstün olub.
O bildirib ki, Rusiya qoşunlarının Ukraynanın paytaxtından və şimal vilayətlərindən çıxması, şərq və cənub bölgələrində cəmləşməsi ilə müharibənin birinci mərhələsi başa çatıb.