SON XƏBƏR

Ukrayna Rusiya ilə sərhəddə SSRİ-nin düşməninə heykəl qoyur: Üzü Kremlə...

Yanvar 06
13:12 2020
Rusiya ilə sərhəddən 40 kilometr aralıda, Ukraynanın Konotop bölgəsində OUN-UPA lideri millətçi Stepan Banderanın abidəsi qoyula bilər.

Qaynarinfo xəbər verir ki, bu haqda İvano-Frankovsk şəhərinin meri Ruslan Martsinkiv öz Feysbuk səhifəsində məlumat verib.

"Konotop Bələdiyyə başçısı Artyom Seminixin ilə məsləhətləşdikdən sonra orada bir abidə qoymaq qərarına gəldik. Təəssüf ki, orada Stepan Banderanın adını daşıyan küçə yoxdur, bunu qanuniləşdirmək üçün cəmi iki səs çatmadı. Bizimçün hansı abidələrin altında görüşəcəyimiz, hansı dildə danışacağımız və hansı kilsəyə getməyimiz əhəmiyyət daşıyır”, - mer qeyd edib.

Banderanın abidəsinin üzü Kremlə baxaraq qoyulması planlaşdırılır.

Qeyd edək ki, Stepan Bandera Ukrayna Milliyyətçilər Təşkilatı və Ukrayna İstiqlal Ordusu (Rusiyada ekstremist təşkilat sayılır və qadağandır. - Red.) rəhbəri olub. Rusiyanın fikrincə, OUN-UPA çoxlu cinayətlər törədib. Onlardan biri də 1943-cü ildə Polşada Volın əhalisinin kütləvi qırğınıdır. Millətçilərlə əməkdaşlıqdan imtina edən minlərlə ukraynalının vəhşicəsinə qətlə yetirildiyi iddia edilir. Bundan əlavə, Bandera Sovet İttifaqına qarşı döyüşlərdə iştirak edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook